Sabirabadda qonşusunun ölümünə səbəb olan qadının məhkəməsi başlayır

Hazırda oxunan: Sabirabadda qonşusunun ölümünə səbəb olan qadının məhkəməsi başlayır

104626

Cari ilin iyulun 7-də Sabirabad rayonu, Yaxa Beşdəli kənd sakini Gülnaz Məcidovanın “anafilaktik şok” nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Sabirabad rayon prokurorluğu yayıb.

İstintaqla zərərçəkmişin xahişi ilə həmkəndlisi Sevda Əhmədovanın “seftraksion” tərkibli antibiotik preparatını ev şəraitində Gülnaz Mecidovanın sol qoluna sınaq inyeksiyasını etməsi nəticəsində yaranmış “anafilaktik şok”dan sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sevda Əhmədovaya Cinayət Məcəlləsinin qeyd edilən  maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam “ qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin