“Əksər məscidlərdə İran üçün çalışanlar var” – Politoloqdan SƏRT SÖZLƏR 

Hazırda oxunan: “Əksər məscidlərdə İran üçün çalışanlar var” – Politoloqdan SƏRT SÖZLƏR 

104510

Politoloq Natiq Miri bildirir ki, İranın ölkəmizə qarşı casus fəaliyyətini genişləndirməsi və Azərbaycanın müvafiq orqanlarının onlara qarşı mübarizəsi geosiyasi maraqlar kontekstində psixoloji və informasiya savaşıdır. 

Bizim.Media-ya açıqlamasında politoloq bildirib ki, proses davam edəcəyi təqdirdə, hərbi qarşıdurmaya qədər inkişaf edə bilər və bəzi dövlətlər İranla Azərbaycan arasında qısa müddətli müharibənin olmasında maraqlıdır:

“Buna çalışan dövlətlər də var. Bunlar Ermənistan və İran-Azərbaycan gərginliyini izlədiyini deyən ABŞ-dır. Bəzi siyasətşünaslar ABŞ-ın Azərbaycanın yanında olduğunu söyləməklə, dolayısı ilə İran üçün Vaşinqtonun çəkindirici məqam olduğunu vurğulasalar da onun arxasında gələcəkdə böyük faciələrin ola biləcəyini nədənsə gözdən qaçırırlar. Yəni, ABŞ heç də Azərbaycanı sevdiyindən ölkəmizə dəstək verməyib. 

Amma bütün bunlarla yanaşı İranın ölkəmizə qarşı davranışının üstündən xətt çəkmək üçün onun bütün iddiaları ifşa olunmalıdır və olunur”. 

Politoloq deyir ki, İranın casus şəbəkəsinin aktivləşməsi bu ölkənin heç bir vəclə regonda türk cümhuriyyətlərinin güclənməsini həzm edə bilməməsindən də qaynaqlanır: 

“Bunu özünə potensial təhlükə görür. Həmçinin, Tehran Rusiyanın zəifləməsi fonunda regionumuzda olan geosiyasi boşluqları doldurmaq istəyir.

Belə vəziyyətdə Bakı da ona adekvat davranmalıdır, Azərbaycanın həyata keçirdiyi proses də bilavasitə bununla əlaqəlidir. Tehran ciddi şəkildə Azərbaycanda şəbəkələnib. Sosial mediadan tutmuş, müəyyən regionlarda dindən başı çıxmayan, həqiqəti bilməyən, beyinləri asanlıqla yuyulan, maliyyəyə aludə olan insanlar prosesə rahatlıqla cəlb olunurlar.
Bu insanlar arasında da ən təhlükəlisi Azərbaycanın din sistemindədir. Əksər məscidlərdə insanların beyini yuyulur, orada İran üçün çalışanlar var. Bu istiqamətdə ciddi araşdırmalar aparılmalı və ölçü götürülməlidir”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin