Şəkidə ilk dəfə idman festivalı keçirilir – FOTO

Hazırda oxunan: Şəkidə ilk dəfə idman festivalı keçirilir – FOTO

104412

Şəki Olimpiya İdman Kompleksində “İdman festivalı-2022”yə start verilib.

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, bir həftə davam edəcək festivalda 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak edir.

Festivalın proqramına uyğun olaraq, noyabrın 14, 15 və 16-da idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq.

Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçiriləcək. Eləcə də Şəki şəhərinin görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil ediləcək.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki,  nazirliyin təşkil etdiyi ilk idman düşərgəsində 200-dək idmançı, məşqçi və idmansevər iştirak edir.

Düşərgəyə 23 olimpiya idman növü üzrə müxtəlif yaş qruplarında idmançı və məşqçilər cəlb olunub. Festivalın keçirilməsində əsas məqsəd bu idman növlərini gənclərə aşılamaq, sevdirmək, idmançılar arasında ünsiyyəti daha da yaxşılaşdırmaqdır.

Sektor müdirinin sözlərinə görə, noyabrın 17, 18 və 19-da idmançılar saat 10.00-13.00 və 15.00-18.00 aralığında şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaq.

Xatırladaq ki, düşərgənin ilk günündə,  yəni noyabrın 14-də idmançılara hərbi-vətənpərvərlik hazırlığı, ilkin tibbi xidmət, rəqs növləri üzrə təlimlər keçirilib, intellektual və debat yarışları təşkil olunub.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin