Xalçasını yumağa verdi, çürütdülər ”“ “Pak xalı”x9d ilə bağlı şikayət

Hazırda oxunan: Xalçasını yumağa verdi, çürütdülər ”“ “Pak xalı”x9d ilə bağlı şikayət

104376
“Pak xalı”x9d şirkəti Bakı şəhər sakini Qareman Xasanovanın xalçasını sıradan çıxarıb.
 
Publika.az xəbər verir ki, qadın sentyabrda xalçasını “Pak xalı”x9d xalçayuma şirkətinə təmizlətməyə verib.
 
Buna görə şirkətə 22 manat pul ödəyib. Lakin bu ödənişə görə ona rəsmi kassa çeki, sənəd verilməyib. Xalça sahibinə bükülü vəziyyətdə verildiyi üçün qadın onu evin bir küncünə qoyub.
 
Bir neçə gün əvvəl xalçanı otağa sərmək istəyən qadın deyir ki, onu açdıqda çürüdüyünü görüb.
Qaremanın fikrincə, bu, xalçanın pis yuyulmasına sübutdur. Həmin səbəbdən də, xalça çürüyüb. Qadın bildirib ki, bununla bağlı “Pak xalı”x9dya müraciət etdikdə xalçaların heç də reklam çarxlarında göstərildiyi kimi, maşınlarla yuyulmadığını görüb. Aldadıldığını və ziyana düşdüyünü iddia edən qadın bununla bağlı Azad İstehlakçılar Birliyinə müraciət edib. O, 150 manat ziyana düşdüyünü bildirərək, həmin məbləğin ödənilməsini tələb edib.
 
“Pak Xalı”x9d xalçayuma şirkətindən Publika.az-a bildirdilər ki, bu problem şirkətlə bağlı deyil: “Xalçalar fabrikdə nəzarət kameraları altında yuyulur. Xalçanın şirkətə hansı vəziyyətdə gətirilməsi, necə yuyulması izlənilir”x9d.
Şirkətdən əlavə etdilər ki, Xasanova Qaremanın üzləşdiyi problem həll edilib. Lakin məsələnin necə həll edilməsi açıqlanmayıb.    
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a bildirdi ki, şikayətçidən ona bu məsələnin həll edilib-edilməməsi ilə bağlı hələ cavab gəlməyib: “Ümumiyyətlə, son vaxtlar “Pak xalı”x9ddan şikayətlər artıb. Birliyimizə çoxsaylı zənglər gəlir. Təkcə bu il ərzində problemlə bağlı təşkilata 20 telefon zəngi, iki şikayət ərizəsi gəlib”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin