Qubada Axıska türklərinin deportasiyasının 78-ci ildönümü qeyd olundu – FOTO

Hazırda oxunan: Qubada Axıska türklərinin deportasiyasının 78-ci ildönümü qeyd olundu – FOTO

104268

Zaman-zaman deportasiya olunaraq köçkün həyatı yaşayan Axıska türklərinin doğma yurdları olan Gürcüstanın Axalkalaki bölgəsindən məcburən köçürülmələrindən bu il  78 il ötür.

Bizim.Media xəbər verir ki, bu gün münasibətilə Qubada mərasim keçirilib.

Əvvəlcə rayon RİH və DTX-nin rayon şöbəsinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəsmiləri, yerli YAP sədri, Axıska türklərinin "Vətən" İctimai Birliyinin  nümayəndələri, şəhid ailələri və qazilər Vətən Müharibəsi şəhidi Batdal Bayraqtarovun Ağbil kəndindəki xatirə bulağını ziyarət edib, Axıska türklərinin nümayəndəsi olan şəhidin xatirəsi hörmətlə anılıb.

Quba Şəhidlər xiyabanında Qarabağ uğrunda həyatından keçən şəhidlər də ehtiramla yad edilib, məzarları önünə tər güllər düzülüb.

Sonra tədbir Quba şəhərindəki Azərbaycan-Türkiyə qardaşlıq parkında davam etdirilib. Quba RİH başçısı Ziyəddin Əliyev bi neçə dəfə deportasiya olanan Axıska türklərinin 1944-cü il noyabr ayının 10-da Gürcüstanın Axalkalaki bölgəsindən Özbəkistana sürgün edilmələrindən sonra bir daha köçkün həyatı yaşamağa məcbur olduqlarını qeyd edib.

1989-cu ildən Özbəkistandan da köçürülən Azərbaycanın Axıska türklərinə geniş qucaq açdığından danışan Ziyəddin Əliyev hazırda rayonda 3000-ə yaxın Axıska türkünün məskunlaşdığından danışıb: 

"Axıska türkləri 17 yaşayış məntəqəsində yaşayır. Onlar kompakt şəklində isə 4 kənddə - Vladimirovka, Ağbil, Qaraçay və Aşağı Atuc yaşayış məntəqələrində məskunlaşıblar”.

Rayon rəhbəri milli azlıqların Qubada mehriban ailə kimi yaşadıqlarını deyərək, Vətən Müharibəsi şəhidi Batdal Bayraqtarovun doğulduğu Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmasını da xüsusi vurğulayıb.

Axıska türklərinin "Vətən" İctimai Birliyinin İdarə Heyətinin üzvü  İsmayıl Rəhimov və birliyin Quba rayonu üzrə nümayəndəsi Səlimcan Rizmanov da Azərbaycanın onlara çətin günlərində böyük dayaq olduğundan söz açıb.
 

Bildirilib ki, Axıska türkləri son deportasiya zamanı Saatlı-Sabirabad, Quba-Xaçmaz, Şamaxı, Şabran və diğər rayonlara köçürülüblər. 

"Vətən" İctimai Birliyinin İdarə Heyətinin üzvü  İsmayıl Rəhimov  Qarabağ münaqişəsi başlayandan 80 Axıska türkünün də şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin