Bakıda hoteldə həyat yoldaşını qətlə yeritməyə cəhd etməkdə təqsirləndirilən Tərlan Abdullayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Tərlan Abdullayev 8 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” hoteldə baş verib.
1992-ci il təvəllüdlü Tərlan Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayıb.
Tərlan Abdullayevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:08 / 14.11.2022
Bakıda hoteldə arvadını öldürməyə cəhd edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Bakıda hoteldə arvadını öldürməyə cəhd edən şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Bakıda hoteldə arvadını öldürməyə cəhd edən şəxsə HÖKM OXUNDU
104233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.