Azərbaycanda xarici ölkə vətəndaşına qarşı dələduzluq etməkdə ittiham olunan Elgün Nadirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bizim.Media xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, Elgün Nadirov İran vətəndaşı Mirzaei Nejad Ojani Ghszalehə qarşı dələduzluq edib. Elgün Nadirovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.
Eldar Məmmədli, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:24 / 14.11.2022
Azərbaycanda xarici vətəndaşa dələduzluq edən şəxsin məhkəməsi başlayır
Hazırda oxunan: Azərbaycanda xarici vətəndaşa dələduzluq edən şəxsin məhkəməsi başlayır
Hazırda oxunan: Azərbaycanda xarici vətəndaşa dələduzluq edən şəxsin məhkəməsi başlayır
104199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.