Şəhid Xudayarın səsi 279 nömrəli məktəbdən gəldi - VİDEO

Hazırda oxunan: Şəhid Xudayarın səsi 279 nömrəli məktəbdən gəldi - VİDEO

10412

Bu gün Bakıda 279 nömrəli məktəbdə zəng yerinə Vətən Müharibəsinin içtirakçısı, şəhid Xudayarın mahnısı səslənib. İfanın ardınca karantin qaydalarının tələbləri şagirdlərin diqqətinə çatdırılıb.

Bunu Bizim.Media-ya açıqlamasında 279 nömrəli məktəbin direktoru Südabə Abdullayeva deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Vətən yaxşıdır” respublika mahnı müsabiqəsi davam edir - FOTO


“Zəfər bayramından sonra uşaqlar ilk dəfə olaraq məktəbə gəlirdilər. Biz də vətənpərvərlik ruhunu uşaqlarda aşılamaq üçün belə bir təşəbbüslə çıxış etdik.

Qoy, Xudayar kimi Vətən müharibəsinin qəhrəmanlarını uşaqlarımız hər zaman xatırlasınlar. Şagirdlərin tənəffüs fasiləsinin Xudayarın ifası ilə əvəzləndiyindən xəbərləri yox idi.

Bu təşəbbüsümüz onlara əsl süpriz oldu. Uşaqlar da işğaldan azad olunan rayonlarımızın və şəhidlərimizin fotoları ilə gəlmişdilər.

Və beləliklə Vətən müharibəsindən sonra ilk dərs günümüz vətənpərvərlik mövzusuna həsr olundu”, deyə direktor yekunlaşdırıb.

Gülşanə Mustafayeva, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin