Azərbaycanın birinci xanımının Səmərqənd səfərindəki FÜSUNKAR GEYİMİ - FOTO

Hazırda oxunan: Azərbaycanın birinci xanımının Səmərqənd səfərindəki FÜSUNKAR GEYİMİ - FOTO

103959

"Mehriban xanımın Özbəkistana səfəri zamanı geyindiyi füsunkar libas “Pirəbədil” çeşnisindən istifadə edilərək hazırlanıb. Çox bəyənilən və diqqət çəkən geyimi hazırlayan dizayner-modelyer  Rüfət İsmayıl bu dəfə qədim “Pirəbədil” çeşnisinin naxışlarından istifadə edib".

Bunu Bizim.Media-ya Şabran rayonunun Pirəbədil kənd orta məktəbinin müəllimi Dilarə Məmmədova deyib. 

Direktor məlumatın Şabran qrupunda paylaşıldığını əlavə edib:

"Azərbaycan xalçaçılığında Quba-Şirvan xalçaları arasında "Pirəbədil" çeşnili xalça özünəməxsus yer tutur. “Pirəbədil” xalçasının üzərindəki naxışlara uyğun "Burma", "Qırman", bəzən isə "Qayçı" adlandırırlar. Bu xalçalar daha qədim tarixə malik olması ilə seçilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva Özbəkistanın birinci xanımı ilə görüşüb - FOTO


Xalçanın əsas elementləri Trada Gadirovanın özəlliyi sol-sağ tərəflərində igidlik və ərlik rəmzi olan "qayçı" və "buynuz" təsviri, ortada isə "hindtoyuğu", onun kənarlarında meyvə ağaclarının yarpaqları və səkkizguşəli təsvirin olmasıdır".

Qeyd edək ki, Şabranın qədim yaşayış məntəqələrindən olan Pirəbədil kəndinin eyni adlı xalçası barədə növbəti saylarımızda məlumat verəcəyik.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin