Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Günərzi Qayğı Mərkəzi” yaradıldı - FOTO

Hazırda oxunan: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Günərzi Qayğı Mərkəzi” yaradıldı - FOTO

103941

"Kənd Qadınlarına Qayğı" İctimai Birliyi , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi nəzdində “Qəbələ Günərzi Qayğı Mərkəzi” yaradılıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Peşə Təhsil mərkəzindən məlumat verilib. 

Uşaqlar üçün Qəbələ Günərzi Qayğı Mərkəzinin yaradılmasının əsas məqsədi çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların inkişafı, asudə vaxtının səmərəli keçirilməsi, yerli icma səviyyəsində sosial uyğunlaşması və inteqrasiya hüquqlarının təmin edilməsinə, çətin həyat şəraitində olan ailələrə dəstək, uşaqların fərdi ehtiyaclarına və bacarıqlarına uyğunlaşdırılmış kompleks tədbirlərin həyata keçirilməsidir. 

Belə ki, yeni layihənin üstünlüklərindən biri Peşə Təhsil Mərkəzində "Dayə" ixtisası üzrə təhsil alan tələbələr mərkəzdə praktik olaraq istehsalat təlimləri keçəcək, nəzəri dərslərdən öyrəndiklərini təcrübədə tətbiq edilməsidir. 

Digər tərəfdən, şirniyyatçı və aşpaz ixtisası üzrə təhsil alan tələbələr Mərkəzin yeməkxanasında uşaqlar üçün şirniyyat və yeməklərin hazırlanmasında yaxından köməklik göstərəcək.

Məlumata görə, mərkəzdə 3-6 yaş və 6-12 yaş arası uşaqlar 2 qrupda 30 nəfər ( hər qrupda 15 nəfər olmaqla-red.) yerləşdirilib. Onların emosional və fiziki inkişafına, sosial uyğunlaşmasına yardım etmək, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərini inkişaf etdirmək günərzi mərkəzi işçilərinin əsas vəzifələrindəndir.
Qeyd edək ki, layihənin təqdimatından sonra Peşə Təhsil Mərkəzinin rəhbərliyi və qonaqlar Günərzi Mərkəzinin fəaliyyəti ilə tanış olub, uşaqlar üçün yaradılan şəraiti yaxından izləyib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin