Xaçmazda Şuşa fatehi “Canavar” ləqəbli dünya çempionu anıldı - FOTO

Hazırda oxunan: Xaçmazda Şuşa fatehi “Canavar” ləqəbli dünya çempionu anıldı - FOTO

103926

Xaçmazın Qaraqurtlu kəndində Vətən Müharibəsinin çempion şəhidi Kərəm Veyisovun anım mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhidin məzarının başına yığışan dostları, ailə üzvləri, şəhid ailələri, qazilər, hərbçilər, Xaçmaz İH-nin nümayəndələri 22 yaşında Şuşa döyüşlərində şəhid olan Azərbaycanın tanınmış idmançısı Kərəmi hörmətlə yad ediblər. 

Anım mərasiminə yığışanlar çıxışlarında bildiriblər ki, 2020-ci il noyabr ayının 7-də  müharibənin bitməsinə sayılı saatlar qaldığı bir vaxtda mərmi partlaması nəticəsinfə şəhidlik zirvəsinə ucalıb.
Dostları Kərəm Veyisovun uşaqlıqdan idmanın kikboksinq növünə xüsusi maraq göstərdiyini, kikboksinq üzrə respublika yarışlarında fəal iştirak etdiyini və onun kikboksinq üzrə 3 qat dünya çempionu adına layiq görüldüyünü də vurğulayıblar.

Sonda şəhidin valideynləri Səttar və Nərgiz Veyisovlar düşmənə boyun əyməyən oğulları ilə fəxr etdiklərini dilə gətiriblər.

Qeyd edək ki, şəhidin atası Səttar Veyisov müsahibələrinin birində Kərəmin döyüş yoldaşları tərəfindən “Canavar” ləqəbi ilə çağırıldığını söyləyib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin