“Müsbət haldır ki, müşahidəçilərin çoxu qadın idi...”x9d

Hazırda oxunan: “Müsbət haldır ki, müşahidəçilərin çoxu qadın idi...”x9d

103862
Böyük Britaniya Lordlar Palatası parlament seçkiləri ilə bağlı apardıqları müşahidələrin nəticələrini açıqlayıb.
 lord Borononessa Detta OKateyn deyib ki, Azərbaycanda ötən parlament seçkilərini də müşahidə edib: "Gördüyüm dəyişikliklər məni heyran etdi. Ölkədə çox böyük dəyişikliklər baş verib. Dünən 6 seçki dairəsi ərazisində müşahidə apardıq. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Barmaqların mürəkkəbə batırılması prosesi isə çox müsbət bir hal idi. Mən bir məntəqədə xahiş etdim barmağıma mürəkkəb vurdurdum. Başqa bir məntəqədə yenidən mürəkkəb vurmaqlarını xahiş etdikdə gördülər ki, əvvəl barmağıma mürəkkəb vurulub. Həmin məsul şəxs bunu gördükdə özünü itirdi, nə edəcəyini bilmədi. Təəccüblə soruşdu ki, mən seçici olmadığım halda necə barmağıma mürəkkəb vurdura bilmişəm. Bunu onu göstərdi ki, iş yüksək səviyyədə təşkil olunub. Başqa da heç bir pozuntuya rast gəlmədik. Proses çox nizamlı şəkildə həyata keçirilirdi. Londanda insanlar bir yerə toplaşıb kütlə şəklində seçkiyə gəlir. Burada isə sanki hərbi hissədə təşkil olunan bir tədbir idi. Hamı qaydaya uyğun olaraq gəlib sıra ilə səs verib gedirdi. Təhlükəsizliyə xüsusi önəm verilmişdi.

Bakıda müşahidə apardığımız məntəqələrdə müsbət cəhət o idi ki, seçki komissiyasının tərkibi və müşahidəçilərin əksəriyyəti qadınlar idi. Amma Xəzər rayonunda komissiyanın bütün üzvləri kişilər idi. Azərbaycanda insanlar seçkidə səs verə bilmələrini qiymətləndirirlər. Bakıdan kənarda yaşayan insanların həyat şəraitinin dəyişdirilməsi üçün çox işlər görülməlidir. Amma sizin ölkəniz gəncdir, 20 il ərzində çox böyük işlər görülüb. Ölkənin birinci xanımı Mehriban Əliyevanı da görülən işlərlə bağlı xüsusi təbrik edirəm".

Lord Deyvid Evans bildirib ki, onlar Bakıda 4, regionlarda 2 dairə üzrə müşahidə aparıblar: "Seçkilər çox yüksək səviyyədə keçirildi. Heç bir pozuntuya rastlamadıq. Məsələn, məntəqə önündə heç kim seçiciyə demirdi ki, filankəsə səs ver.

Bir də Azərbaycanda hər dəfə xüsusi olaraq qonaqpərvərliklə qarşılanırıq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin