Bakı Şəhər İcra Hakimiyyəti qarşısında AKSİYA – Saxlanılan var

Hazırda oxunan: Bakı Şəhər İcra Hakimiyyəti qarşısında AKSİYA – Saxlanılan var

103861

Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiyanın qarşısı alınıb, bir nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün saat 16 radələrində bir qrup şəxs BŞİH-in binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.

Hazırda müvafiq araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin