Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Universitetləri" "faceebok" səhifəsində paylaşılıb.
Bildirilir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, 2003-cü il təvəllüdlü Mustafazadə Sədrəddin Seyfəddin oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən avtomobillə vurulub.
S.Mustafazadə açıq kəllə-beyin travması və bədənin çoxsaylı xəsarətləri ilə komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 19 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S.Seyfəddinov Bakı Mühəndislik Universitetinin tələbəsi olub. O, universitetin Memarlıq və inşaat fakültəsinin Sənaye mühəndisliyi ixtisasının III kursunda təhsil alıb.
Bizim.Media