Məktəblərdə tənəffüs müddəti ARTIRILIR – Təklifə ekspertdən REAKSİYA

Hazırda oxunan: Məktəblərdə tənəffüs müddəti ARTIRILIR – Təklifə ekspertdən REAKSİYA

103822

“Orta məktəblərdə tənəffüs vaxtının artırılması  təklifnin təhsildə hər hansı dönüş və müsbət nəticə yaradacağına inamım yoxdur”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi sözügedən təklifə münasibət bildirərkən qeyd edib. Onun sozlərinə görə 45 dəqiqəlik dərs mühiti olduqca qısa bir zamanı əhatə edir.

Bunun ardınca tənəffüs vaxtının artırılması səmərə verməyəcək:

“Düzdür, beynəlxalq sistemdə haradasa, dərs müddəti üçün 39-40 dəqiqə kifayət edir. Amma məktəblərimizdə olan şagird sıxlığını nəzərə alsaq, düşünürəm ki, bunun özü yetmir. Tənəffüs müddətini artırarıqsa, bu, müsbət effekt əldə etməyimizə imkan verməyəcək.

Tənəffüs müddətində biz şagirdlərin səmərəli vaxt keçirmələrini zatən görmürük. Onlar ya qidalanmaq üçün bufetə üz tuturlar, ya da pilləkən və dəhliz boyu ora-bura qaçmaqla məşğuldurlar. Ondansa, hər hansı bir təhsil öyrənsələr, daha yaxşıdır”, - deyə ekspert əlavə edib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin