Azərbaycanda əmək kitabçası tələbi nə zaman ləğv olunacaq? – VAXT bəlli oldu

Hazırda oxunan: Azərbaycanda əmək kitabçası tələbi nə zaman ləğv olunacaq? – VAXT bəlli oldu

103806

“Hal-hazırda elektron əmək müqaviləsi var. Bu da ƏMAS elektron həlldə öz əksini tapıb. Lakin elektron əmək müqaviləsi qanunvericiliklə tənzimlənmədiyi üçün əmək bildirişindən istifadə edilir. Yəqin ki, qanunvericiliyə düzəliş edildikdən sonra elektron əmək müqaviləsi tam tətbiq olunacaq”.

Bu sözləri Bizim.Media-ya İnsan Resursları üzrə mütəxəssisi Qəşəm Məmmədov əmək kitabçalarının ləğv olunmasına dair fikir bildirərkən söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Əmək kitabçası ləğv olunacaq: Yeni sistem işə düşdü - VİDEO


Mütəxəssis açıqlamasında əmək stajlarının avtomatlaşdırılmasının hədəfindən bəhs edib: 

“15 ildən artıqdır ki, ölkəmizdə “E-Hökümət” proqramı həyata keçirilir. Bu dövlət proqramının əsas hədəfi operativliyi, şəffaflığı təmin etmək və bürokratik əngəlləri aradan qaldırmaqdır.

Lakin hökümətin bütün səylərinə baxmayaraq, bu sahədə zəruri proqramların heç də hamısı tam həllini tapmayıb. Nəticədə nəyinki özəl şirkətlər, hətta bəzi dövlət qurumları da kağız sənədlər tələb edir. Həmin sənədlərdən biri də Əmək kitabçasıdır”.

Qəşəm Məmmədov əlavə edib ki, bu, əvvəlki eklektron həllərdə işçilərlə bağlanmış əmək müqavilələrinin elektron siyahısı kimi qeyd edilir: 

“Bu qayda 2006-cı ildən qüvvədədir. Qaydaya əsasən, bağlanmış bütün əmək müqavilələri avtomatik olaraq elektron sistemə düşür və sistemdə açıq şəkildə izlənilir. Lakin bu hələ elektron əmək kitabçası deyil. Ona görə də bütün özəl şirkətlər və bir sıra dövlət qurumları Əmək kitabçası tələb edir. Çünki 2006-cı ilə qədər olan əmək stajları elektron sistemdə hələ də yoxdur”.

İnsan Resursları üzrə mütəxəssisi hal-hazırda elektron əmək müqaviləsinin olduğunu qeyd edib: 

“Bu da ƏMAS elektron həlldə öz əksini tapıb. Belə ki, elektron əmək müqaviləsi qanunvericiliklə tənzimlənmədiyi üçün əmək bildirişindən istifadə edilir. Yəqin ki, qanunvericiliyə düzəliş edildikdən sonra elektron əmək müqaviləsi tam tətbiq olunacaq. Əmək kitabçası tələbi aradan qaldırılacaq. Bunun üçün isə həm qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir, həm də hökümətin müvafiq qərarı olmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin