Azərbaycanda 2 nəfərə qarşı bir milyon manata yaxın dələduzluq edilib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265 000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647 000 manat pul alması barədə müraciət daxil olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:58 / 11.11.2022
DİN-dən ƏMƏLİYYAT - Bir milyonluq dələduzluq edən şəxs tutuldu
Hazırda oxunan: DİN-dən ƏMƏLİYYAT - Bir milyonluq dələduzluq edən şəxs tutuldu
Hazırda oxunan: DİN-dən ƏMƏLİYYAT - Bir milyonluq dələduzluq edən şəxs tutuldu
103773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.