Gəncədə baş verən dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Gəncədə baş verən dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

103737

Noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bizim.Media Gəncə Şəhər Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, daha sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə DƏHŞƏT: Kişi arvadının gözlərini çıxardı, sonra özünü öldürdü


Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin