17 saylı Yasamal üçüncü seçki dairəsinin 16 saylı seçki məntəqəsində maraqlı hadisə baş verib.
Deputatların fəaliyyətsizliyinə etiraz edən yaşlı qadın səsini prezident İlham Əliyevə verdiyini deyib.
Deputatlardan narazı olduğunu deyən İslamzadə Süsanə, musavat.com-a açıqlamasında deputatın da, prezidentin də İlham Əliyev olduğunu söyləyib. Heç kimə səs vermədiyini deyən seçici bülletenə şikayətlərini yazdığını bildirib.
































































































