İsmayıllıda CİNAYƏT - Ata və oğul bıçaqlandı 

Hazırda oxunan: İsmayıllıda CİNAYƏT - Ata və oğul bıçaqlandı 

103710

İsmayıllının Kürdmaşı kəndində ata və oğulun bıçaqlanması ilə nəticələnən hadisə baş verib.   

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, 16 yaşlı Kürdmaşı  kənd sakini Qədir Gülmalıyev aralarında yaranmış mübahisə nəticəsində həmkəndliləri 28 yaşlı Cümşüd Nəcəfova bir, onun atası 58 yaşlı Rauf Nəcəfova iki bıcaq zərbəsi vuraraq bədən xəsarəti yetirib.  

Bıçaq xəsarətləri alan ata və oğul İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov hadisəni törədən Q. Gülmalıyevin saxlanıldığını bildirib.  

Polis kapitanı onu da əlavə edib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırma başlanılıb.  

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin