Azərbaycan bu ölkələrdən quş ətinin idxalına məhdudiyyət qoydu

Hazırda oxunan: Azərbaycan bu ölkələrdən quş ətinin idxalına məhdudiyyət qoydu

103649

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, İsveç Krallığının Esterqotlandiya əyalətində Nyukasl, Macarıstanın Baç-Kişkun inzibati ərazi vahidində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bizim.Media Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatınının (WOAH) “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveç Krallığının Esterqotlandiya əyalətindən və Macarıstanın Baç-Kişkun inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin