“434 məktəb tamamilə yarasızdır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini bildirib ki, həm Elm və Təhsil Nazirliyi, həm də Heydər Əliyev Fondu tərəfindən hər il təxminən 100-dən artıq məktəb ya təmir olunur, ya da yenidən inşa edilir:
“Hazırda Azərbaycanda 960-dan məktəb yararsız və ya qismən yararsız, 434 məktəb tamamilə yararsız vəziyyətdədir. Həmin məktəblərin təmiri və ya tikintisi üçün təxminən 3 milyarddan artıq vəsait lazımdır. Təbii ki, təmir işləri daim mərhələli şəkildə həyata keçirilir. Bu məsələ daim diqqət mərkəzində və prioritet istiqamətlərdəndir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:54 / 10.11.2022
Azərbaycanda yararsız məktəblərin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda yararsız məktəblərin sayı açıqlandı
Hazırda oxunan: Azərbaycanda yararsız məktəblərin sayı açıqlandı
103609
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.