Azərbaycanda radiotezliklər bu halda ləğv ediləcək - DƏYİŞİKLİK

Hazırda oxunan: Azərbaycanda radiotezliklər bu halda ləğv ediləcək - DƏYİŞİKLİK

103585

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərar "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən edilmiş hallarla yanaşı, digər hallarda da ləğv ediləcək.

Bizim.Media xəbər verir ki, bu, “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

Müvafiq qanun layihəsinə əsasən, həmin hallar aşağıdakılardır:

Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;

- O cümlədən radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlamadıqda
- Radiotezlik istifadəçisi radiotezliklərdən tərəfindən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödəniş tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə.

Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin