Orqan köçürülməsi ilə bağlı daha bir YENİLİK

Hazırda oxunan: Orqan köçürülməsi ilə bağlı daha bir YENİLİK

103578

“Artıq icbari tibbi sığorta 2021-ci ildən bütün ölkə ərazisində tətbiq olunur. Bu səhiyyə sahəsində ən mühüm islahatlardan biridir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O bildirib ki, dövlət büdcəsindən ayırmalar 1, 263 milyard manat nəzərdə tutulub:

“İcbari tibbi sığortanın ümumi gəlirləri 2 milyard manatdır. İşəgötürən və işçilərdən 764 milyon manat, fiziki şəxslərdən 12 milyon 600 min manat daxil olması nəzərdə tutulub. Aksizli mallardan 2023-cü ildə bizə 122 milyon 335 min manat gəlir planlaşdırılır.

Bu vəsaitlərin əsas böyük hissəsi tibb müəssisələrinin maliyyələşdirilməsinə gedir. Eyni zamanda xidmətlər zərfinin artırılması ilə bağlı təkliflər var onlara baxılır. Təkliflər aidiyyəti qurumlarla razılaşdırılır. Hazırda orqan köçürmələri ilə bağlı əməliyyatların xidmətlər zərfinə salınması nəzərdə tutulub.
Bu, limitli şəkildədir. İndi planımız sayın artırılmasıdır. Bu xidmətlər artıq aidiyyəti qurumlarla razılaşdırılıb və yaxın zamanda bunun öz təsdiqini tapmasını gözləyirik. Bu, ürək damar genişlənməsi əməliyyatları da daxil ediləcək. Hazırda yenilənmiş xidmətlər zərfinin təsdiqlənməsini gözləyirik. Biz başlayanda 27 tibb müəssisəsi ilə müqaviləmiz var idi, indi bu say 92-ə çatıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin