Siyəzən rayonunda dəhşətli qəza zamanı yaralanaraq xəstəxanaya yerləşdirilən 5 nəfər bir ailənin üzvləridir.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, "Opel" markalı avtomobillə Eynibulaq kənd sakini, 63 yaşlı Eyvaz Laçın oğlu Mehrəliyevin idarə etdiyi "Mersedes"in toqquşması nəticəsində sürücü və sərnişinlər -oğlu 40 yaşlı Şahmar, gəlini Minayə, nəvələri - 13 yaşlı Səmid, 12 yaşlı Sona Mehrəliyevlər müxtəlif xəsarətlərlə Siyəzən Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.
MÖVZU İLƏ BAĞLI:
Siyəzən qəzasının TƏFƏRRÜATLARI - YENİLƏNİB
"Opel"markalı avtomaşının sürücüsü, 59 yaşlı Əhəd Abbasov isə hadisə yerində ölüb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu