Kosmetik məhsullar xərçəng riskini artırır

Hazırda oxunan: Kosmetik məhsullar xərçəng riskini artırır

103491
Kosmetik məhsullarda ən çox istifadə edilən “paraben”x9d adlı kimyəvi maddənin, kanserogen xassəli olduğu və sinə xərçəngi riskini artırdığı daha əvvəldən də məlum idi. 

Kaliforniya Universiteti alimlərinin apardığı araşdırmanın nəticəsində, “paraben”x9d maddəsinin hədsiz təhlükəli olduğu və çox aşağı dərəcədə istifadə edildikdə belə, sinə xərçəngi riskini artırdığı ortaya çıxıb. 

Laboratoriya mühitində sinə xərçəngi hüceyrələri üzərində aparılan araşdırmada, paraben və heregulin adı verilən maddələrlə bu hüceyrələrin böyümə faktorları arasındakı əlaqə analiz edilib. Parabenlərin təsir etdiyi xərçəng hüceyrələrinin böyümə faktorlarını tətikləyən genləri aktivləşdirdiyi müəyyən edilib.

Yeni araşdırma paraben maddəsinin aşağı dozalarda istifadə edildikdə belə, xərçəng hüceyrələri üzərində güclü təsir yaratdığını göstərib. 

Araşdırmaya başçılıq edən professor Deyl Leytman tədqiqatları laboratoriya şəraitində gerçəkləştirdiklərini vurğulayaraq, parabenin insan bədənində də eyni nəticəyə yol açacağının hələ dəqiq olmadığını bildirib.

Kanserogen paraben maddəsi şampun, krem, sabun, üz lasyonu kimi bir çox kosmetik və təmizlik məhsullarının tərkibinə olan və ən çox istifadə edilən maddədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin