Rəşad Dağlının törətdiyi qətllə bağlı YENİ FAKTLAR - VİDEO

Hazırda oxunan: Rəşad Dağlının törətdiyi qətllə bağlı YENİ FAKTLAR - VİDEO

103485

Xəbər verdiyimiz kimi, şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı meyxanaçı Rəşad Dağlı gecə saat 05:00 radələrində İsgəndər Mehdiyev adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. 

Bizim.Media xəbər verir ki, qətllə bağlı yeni faktlar ortaya çıxıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəşad Dağlı kimi öldürüb? - DETALLAR


Belə ki, meyxanaçı son olaraq dünən gecə “Monte Karlo” şadlıq evində keçirilən toyda iştirak edib. Toyda Rəşad həmkarları ilə narkotik vasitələrin yayılması əleyhinə olan meyxanalar deyib.

O, toydan çıxdıqdan sonra yaşadığı Yasamal rayonuna gedib və barəsində xoşagəlməz sözlər deyən qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi görüşə çağırıb.
Rəşad Dağlı həmin şəxsi avtomobilinə əyləşdirərək Lökbatan qəsəbəsi istiqamətinə aparıb və qətl hadisəsini törədib. 

Bildirilir ki, İ.Mehdiyev əvvəllər dəfələrlə Rəşad Dağlıdan pul tələb edib. O, həmçinin meyxanaçı barədə bir neçə dəfə xoşagəlməz sözlər işlədib. Qeyd edək ki, mərhum meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.   

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin