Mərasimdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmisi Rasim Mustafayev ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini bildirmiş və qeyd edib ki, Hacıalılarxa0 və Düzqışlaq kəndlərinin sakinləri uzunxa0 illərdir içməli su qıtlığından əziyyət çəkirdi. “Azərsu”x9d ASC-nin həyata keçirdiyi layihələrin icrası qısa müddətdə yekunlaşmışxa0 və sakinlərin içməli su problemi həllini tapıb.
“Azərsu”x9d ASC-nin “Birləşmiş Sukanal”x9d MMC direktorunun birinci müavini Vəli Həsənovxa0 bildirib ki, regionların sosial-iqtisadi inkişafı proqramlarına uyğun olaraq bölgələrdə içməlixa0 su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür: “Möhtərəm Prezident İlham Əliyevin əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün daha iki kəndə içməli suyun verilməsi təmin edilir. Bundan sonra kənd sakinləri keyfiyyətli içməli sudan fasiləsiz olaraq istifadə edə biləcək. Bu tədbirlərin davamı olaraq yaxın gələcəkdə digər rayonların içməli sudan əziyyət çəkən kəndlərinin də problemləri həll ediləcəkdir”x9d.
Şəmkir rayonunun Hacıalılar kəndinin su təchizatı sisteminin yaradılması layihəsi 500-dək sakinin su təchizatının yaxşılaşdırılmasınaxa0 hesablanmışdır. Kəndi içməli su ilə təmin etmək üçün su mənbəyi bulaqlar seçilib. Bulaqlardan götürülmüş suyunxa0 istehlakçılara çatdırılması məqsədi ilə, hər birinin tutumu 30 kubmetr olan 4 ədəd anbar tikilmiş, nasos stansiyası və transformator quraşdırılıb.xa0 Bununla yanaşı 500 metr magistral, 750 metr kəndarası su xətləri çəkilmiş, kəndin müxtəlif yerlərində 3 ədəd bulaq quraşdırılmışdır. Gələcəkdə bulaqların sayının artırılması nəzərdə tutulub.
İndiyə qədər Hacıalılarxa0 kəndində içməli su şəbəkəsi olmayıb və kənd sakinləri suyu fərdi qaydadaxa0 uzaq məsafədə yerləşən bulaqlardan gətirirdi.xa0
Şəmkir rayonunun Düzqışlaq kəndinin dəmir yol stansiyası ərazisində 60xa0 kubmetrlik su çəni və paylayıcı şəbəkə olsa da əhalinin su təminatındaxa0 problemlər yaşanırdı. Yeni subartezian quyusunun qazılmasından sonra 600 nəfər əhalisi olan kəndin dayanıqlıxa0 su təchizatı təmin edilib.xa0xa0










































































































