Qax-Balakən bölgəsində yeni ət qurutma texnologiyası tətbiq ediləcək - FOTO

Hazırda oxunan: Qax-Balakən bölgəsində yeni ət qurutma texnologiyası tətbiq ediləcək - FOTO

103444

Azərbaycanın Şimal-Qərb bölgəsi bir çox adətinə, mətbəxinə görə özünəməxsusluğu ilə seçilir. Yəqin “qaxac ət” kəlməsini də ən çox Qax, Zaqatala, Balakən camaatından eşitmisiz. “Sürhülü”, “Buğda bişən xəngəl” quru ətlə tam başqa ləzzət verir. 

Onda xəbəriniz olsun ki, tezliklə bu bölgədə ət qurutmaq üçün yeni texnologiyadan istifadə olunacaq. 

Bu yaxınlarda Şimal-Qərb bölgəsinin bir qrup icra sturukturu əməkdaşları və mütəxəssisi İzmirdə qaxac ətin qurudulması təlimlərinə qatılıb.

Təlimlər BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının ölkəmizdəki ofisi tərəfindən icra olunan “Azərbaycanın Şimal-qərb bölgəsində dayanıqlı və inklüziv yerli kənd təsərrüfatı və qida sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində təşkil olunub. Bir həftəlik "Ətin qurudulması (qaxac ət)" üzrə təlimlərdə Balakən, Zaqatala və Qax rayon icra hakimiyyəti və rayonda ət emalı sahəsində çalışanlardan ibarət nümayəndə heyəti iştirak edib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən səfər çərçivəsində nümayəndə heyəti brifinq və təlimlərə qatılıb həmçinin İzmir şəhərində ət emalı müəssisələri, istehsal kooperativləri, şatış şəbəkələri, ticarət palatası və digər partnyorlarla görüşlərdə iştirak edib.

Türkiyənin ət istehsalı və emalı sənayesində əldə olunan nailiyyətləri və problemləri barədə təlim iştirakçılarına ətraflı məlumat verilib. 

Təlim-seminarlara qatılan iştirakçılar Bizim.Media ya bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanacaq. Yeri gələndə türkiyəli həmkarları ilə onlayn əlaqə yaradılaraq qarşılıqlı fikir mübadiləsi aparılacaq. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin