Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı gecə saat 05:00 radələrində İsgəndər Mehdiyev adlı şəxsi bıçaqlayaraq qətlə yetirib.
Baş verən hadisə ilə bağlı Bizim.Media-nın əməkdaşı Rəşad Dağlının həmkarları Mehman Əhmədli və Oqtay Kamil ilə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Rəşad Dağlı kimi öldürüb? - DETALLAR
Mehman redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, İsgəndər adlı şəxs Rəşadı bezdirib və ünvanına təhqir dolu ifadələr səsləndirib.
Qarşı tərəfi bu cinayəti törətməyə sövq edib. Rəşadın digər həmkarı Oqtay isə açıqlamasında bildirib ki, İsgəndər Mehdiyev meyxanaçı Ələkbər Yasamallının (Ələkbər Quliyev) bibisi oğludur.
Redaksiyamızın əməkdaşının əldə etdiyi məlumata görə, Ələkbər Yasamallı hazırda Almaniyadadır.
Rəşad Əliyev, Bizim.Media