Rəşad Dağlı kimi öldürüb? - DETALLAR

Hazırda oxunan: Rəşad Dağlı kimi öldürüb? - DETALLAR

103410

Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış. 

Qafqazinfo.az-ın məlumatına görə, hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasıyca söyüş söyməsi səbəb olub. 

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 05 radələrində hər iki şəxs yaşadıqları Lökbatan qəsəbəsində görüşüblər. 
Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.  

*** 08.50

Tanınmış meyxanaçı Rəşad Dağlı Bakı şəhəri ərazisində qətl törədib.

Bizim.Media xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Rəşad Dağlı mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. 

Hadisəni törədən 1984-cü il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılıb. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı "Report" yayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin