Suriyanın Əl-Bab və Aazaz şəhərlərində partlayış törədilib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub, 24 nəfər müxtəlif bədən xəsarətləri alıb.
MÖVZU İLƏ BAĞLI:
Bağdadda partlayış - 10 nəfər öldü, 20 yaralı var
KİV: Kabildə italiyalı diplomatların maşınını partlatdılar
İlk partlayış Aazaz şəhərində törədilib. Partlayıcı qurğu müvəqqəti hökumət binasının və mədəniyyət mərkəzinin qarşısında dayanmış avtomobilə quraşdırılıb.
Hələlik heç bir qruplaşma hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.
Bizim.Media