Əlisahib Hüseynovun seçicilərlə növbəti görüşü keçirilib- FOTO

Hazırda oxunan: Əlisahib Hüseynovun seçicilərlə növbəti görüşü keçirilib- FOTO

103387
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynovun təbliğat-təşviqat dövründə seçicilərlə növbəti görüşü keçirilib. Görüş Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən Qubadlı şəhər, 1 saylı tam orta məktəbin akt zalında keçirilib. Görüşdə Zəngilan-Qubadlı əhalisinin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edib.

Zəngilanın 22-ci işğal ildönümü və Azərbaycanın azadlığı, ərazi bötövlüyü uğrunda döyüşmüş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı Elşad Əliyev öncə Əlisahib Hüseynovun seçki platformasından danışıb. DADP-nın fəallarından olan və seçki qərargahının üzvü Zəhra Aslanova Əlisahib Hüseynovun bu dairədən ən layiqli namizəd olduğunu deyib və seçici elektoratını ona səs verməyə çağırıb.

Tanınmış jurnalist Esmira Şükürova bu dairənin seçicilərinin cari problemlər yaşadığını söyləyib. O qeyd edib ki, bu problemlər məhz Əlisahib Hüseynov kimi insanların deputat seçilməsiylə öz həllini tapa bilər. Tədbirdə məcburi köçkünlər, ağsaqqallar və tələbələr də çıxış ediblər . Sonda çıxış edən Əlisahib Hüseynov bu seçkilərdə demokratik səsvermə yoluyla səslərin çoxunu qazanacağına əminliyini bildirib və seçiləcəyi halda görəcəyi işlərdən danışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin