Ağdamda tələbələrin yürüşü oldu - FOTO

Hazırda oxunan: Ağdamda tələbələrin yürüşü oldu - FOTO

103358

Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbələri zəfər yürüşü edib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tələbələrdən ibarət yürüşçülər rəmzi olaraq hərbi geyimdə kollec binasının qarşısından Heydər Əliyev prospekti boyunca Şəhidlər xiyabanına qədər hərəkət ediblər.

Onlar Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının məzarları önünə gül dəstələri düzərək onların əziz ruhuna öz ehtiramlarını bildiriblər.
Bundan sonra Ağdam Heydər Əliyev Mərkəzinə gələn kollektiv burada flaşmob nümayiş etdirib.

Kollecin direktor müavini Məhəmməd Aslanov tədbirin əsas mahiyyətlərindən birinin Zəfər uğrunda döyüşən qəhrəman oğulların zəhmətinin qabardılması, həmçinin Ali Baş Komandanın apardığı uğurlu siyasətə bölgə gənclərinin dəstəyinin ifadəsiydi:

“Biz hamılıqla Dövlətimizin uğurla apardığı xarici və daxili siyasəti dəstəkləriyik. Bu yolda hər kəs kimi biz də cənab Prezidentimizin yanında olduğumuzu nümayiş etdirməliyik. Artıq Azərbaycan dünyanın qüdrətli dövlətlərindən biridir.

Bütün bunlara görə sözdə qonşu dövlətlərin müəyyən qısqanclıqları qabarıq şəkildə nəzərə çarpır. Bunu hər kəs bilməlidir ki, artıq Azərbaycan bütün dünyaya günəş kimi doğub, bunun qarşısını kimsə ala, bizə qarşı çıxa bilməz. Çünki biz birləşərək Dəmir Yumruğu daha da möhkəmləndirmişik. Yaşasın Azərbaycan!” – deyə Məhəmməd Aslanov qeyd edib.
Xatırladaq ki, Ağdam Dövlət Sosial-İqtisad Kolleci köçkünlük həyatı yaşayan təhsil ocaqlarındandır. Kollec hazırda müvəqqəti olaraq rayonun Quzanlı qəsəbəsində yerləşir. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin