Şəhid ailələrinə veriləcək sosial ödənişlərlə bağlı iclas keçirildi

Hazırda oxunan: Şəhid ailələrinə veriləcək sosial ödənişlərlə bağlı iclas keçirildi

10331

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə sosial ödənişlərin təyinatı üzrə proseslərin operativ və sürətli həyata keçirilməsi üzrə yaradılmış işçi qrupların növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

2778 şəhidin ailə üzvünə sosial ödənişlər təyin edildi

Nazirlikdən şəhid ailələrinin sosial təminatı ilə bağlı açıqlama


Fondun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyevin sədrliyi ilə keçirilən iclasda məlumat verilib ki, bu günədək şəhid ailələri üzvlərindən zəruri sənədlər istənilmədən sosial ödəniş təyinatları aparılıb.

Həmin sənədlər fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan toplanaraq, təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilib.

Bu təyinatların 53 faizi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda yaradılmış işçi qrup tərəfindən aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin