Şəhid anası: "O, Vətəni qorumağı üstün tutdu” - FOTO

Hazırda oxunan: Şəhid anası: "O, Vətəni qorumağı üstün tutdu” - FOTO

103288

"Mənə deyəndə ki, cənab Prezident  Ümidə orden verib, çox sevindim. O qədər sevindim ki... Qızım soruşanda ki, nolub, ana? Ümiddən bir xəbər varmı? Dedim, yox, Ümiddən xəbər yoxdu, Ümidin fəxr xəbəri var. Balama orden veriblər".

Bu sözləri bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Bayrağı ordeni ilə təltif edilən şəhid Ümid İlqar oğlu Həsənovun anası Məfkurə Həsənova Bizim.Media-ya deyib.

Bu ilin sentyabrında Ermənistanla sərhəddə düşmən təxribatının qarşısını alarkən şəhid olan Ümidin Qubanın İsnovqışlaq kəndində yaşayan anası Məfkurə Həsənova oğluna verilən bu yüksək mükafata görə Ali Baş Komandana minnətdarlığını  bildirib:

"Yeganə oğlum idi Ümid. Ümidim, həyatım idi, oğlumla bir daha fəxr edirəm. O, mənimlə qalmağı yox, Vətəni qorumağı üstün tutdu. Halal olsun balama. Prezidentimiz İlham Əliyevə  şəhid oğullarımızı  unutmadığına görə təşəkkür edirəm".
Qeyd edək ki, 21 yaşlı hərbi qulluqçu olan Ümid Həsənov Silahlı Qüvvələrin tərkibində yenicə xidmət etməyə başlamışdı. Atasız böyüyən Ümid ailənin 2 bacıdan sonra tək qardaşı idi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin