MTN-də yeni təyinat ”“ Əks-kəşfiyyat İdarəsinin yeni rəisi kimdir?

Hazırda oxunan: MTN-də yeni təyinat ”“ Əks-kəşfiyyat İdarəsinin yeni rəisi kimdir?

103277
Xəbər verdiyimiz kimi, 2 gün əvvəl MTN-in Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi general-mayor Nizami Şirinov tutduğu vəzifədən azad olunub. azpolitika.info-ya daxil olan məlumata görə, N.Şirinovun fəaliyyəti araşdırılmağa başlayıb, onun da həbs olunacağı gözlənilir.

Dünən isə artıq N.Şirinovun yerinə təyinat olub. Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini general-leytenant Mədət Quliyevin əmri ilə general-mayor Hafiz Musayev nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinə rəis təyin edilib. H.Musayev indiyə qədər həmin idarənin rəis müavini olub.

General-mayor Hafiz Musayevin peşəkar kəşfiyyatçı, təhlükəsizlik məsələlərini dərindən bilən kadr olduğu qeyd olunur.

Məlumatlara görə, Hafiz Musayev 1991-ci ildən Müdafiə Nazirliyinin Hərbi Əks-Kəşfiyyat İdarəsində çalışır. 1992-ci ildən isə MTN-də fəaliyyətə başlayıb. H.Musayevi yaxından tanıyan mənbə onu “zəngin mənəvi keyfiyyətləri, xalqını, millətini, ən başlıcası Müstəqil Azərbaycanı çox sevən, düşmənə qarşı amansız olan təhlükəsizlik zabiti”x9d kimi xarakterizə edib. Qeyd edib ki, yeni rəis MTN-də təmizliyi, dürüstlüyü ilə başqalarından fərqlənən, prinsipial mövqedə dayanan təhlükəsizlik zabitlərindən biri kimi tanınır. “O, işlədiyi müddətdə Ulu Öndər Heydər Əliyevin “Şərəfli Çekist Məktəbi”x9dnin ən sədaqətli və təmiz üzvü kimi tanınıb. Həm də bu müddət ərzində intellektual səviyyəsinə görə başqalarından fərqlənib. General-mayor Hafiz Musayev həm respublikada, həm də xarici ölkələrdə geniş oxucu kütləsinin marağına səbəb olan beynəlxalq terrora aid, kəşfiyyat və əks-kəşfiyyat haqqında bir neçə kitabın və əsərin müəllifidir.”x9d

Məlumata görə general-mayor Hafiz Musayev ölkəyə qarşı düşmən təhdidlərinin dəf olunmasında da şücaət göstərib. Belə ki, Hafiz Musayev torpaqlarımızın işğalında azğınlıq edən erməni separatçılarına və silahlı terror birləşmələrinə qarşı vuruşan qoşun kontinigentində “hərbi kəşfiyyat”x9d qrupu yaradan və bilavasitə ona başçılıq edən şəxslərdən biri olub.

Hafiz Musayev həm də elm sahəsində özünü təsdiq edib. O, hüquq elmləri üzrə fəlsəfə doktorudur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin