Quba rayonun Zərdabi qəsəbəsində yeni subartezian quyuları istismara verildi

Hazırda oxunan: Quba rayonun Zərdabi qəsəbəsində yeni subartezian quyuları istismara verildi

103247
“Azərsu”x9d Açıq Səhmdar Cəmiyyəti regionlarda, xüsusilə içməli sudan əziyyət çəkən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması  məqsədi ilə təxirəsalınmaz tədbirləri davam etdirir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”x9dna uyğun olaraq növbəti layihə Quba rayonun  Zərdabi qəsəbəsində icra edilib. Oktyabrın 29-da Zərdabi qəsəbəsində  yeni subartezian quyularının istismara verilməsi ilə bağlı mərasim keçirilib.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov  Zərdabi qəsəbəsində  uzun illərdir içməli su probleminin olduğunu qeyd etmiş, “Azərsu”x9d ASC tərəfindən həyata keçirilmiş layihənin böyük nailiyyət olduğunu diqqətə çatdırıb və buna görə qəsəbə sakinləri adından ölkə başçısına minnətdarlığını bildirib.

 “Azərsu”x9d ASC-nin “Birləşmiş Sukanal”x9d MMC-nin direktoru Etibar Məmmədov içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirib və icrası başa çatmış layihələrin əhalinin sosial rifahının  yaxşılaşmasına  töhfələr verdiyini diqqətə çatdırıb: “Möhtərəm Prezident İlham Əliyev hər bir yaşayış məntəqəsinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunmasını prioritet kimi müəyyənləşdirmişdir. Kənd və qəsəbələrdə  belə layihələrin həyata keçirilməsi xüsusi olaraq diqqətdə saxlanılır. Zərdabi qəsəbəsini içməli su ilə təmin edən subartezian quyuları istismara yararlı olmadığından burada yeni quyuların qazılması qərara alınmışdır. Qısa müddətdə işlər başa çatdırılmış və yeni subartezian quyulardan içməli suyun verilməsini təmin edilmişdir. Gələcəkdə Quba rayonunun digər kənd və qəsəbələrində də yeni layihələrin icrası nəzərdə tutulur”x9d.

Quba rayonunun Zərdabi qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi 3900 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Qəsəbəni içməli su ilə təmin etmək məqsədi ilə 2 ədəd yeni subartezian quyusu qazılıb. Buradan götürülən su əvvəldən mövcud olan 12 km  uzunluğunda magistral kəmərlə qəsəbə sakinlərinə çatdırılır. Hazırda qəsəbə sakinləri  4,5 km uzunluğu olan paylayıcı şəbəkə vasitəsi ilə içməli su alır. Yeri gəlmişkən,  su təchizatının dayanıqlığını təmin etmək üçün yerli bələdiyyə tərəfindən hər birinin tutumu 16 kubmetr olan 2 ədəd su çəni quraşdırılmışdır. Qeyd edək ki, qəsəbənin içməli su təchizatı yerli bələdiyyə tərəfindən həyata keçirilir.
Quba rayonun  Zərdabi qəsəbəsində yeni subartezian quyuları istismara verildi
 Quba rayonun  Zərdabi qəsəbəsində yeni subartezian quyuları istismara verildi
 Quba rayonun  Zərdabi qəsəbəsində yeni subartezian quyuları istismara verildi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin