Sentyabr təxribatlarında şəhid olmuş hərbçimiz təltif edildi – FOTO   

Hazırda oxunan: Sentyabr təxribatlarında şəhid olmuş hərbçimiz təltif edildi – FOTO   

103217

Şəki şəhərində doğulub boya-başa çatan Azərbaycan ordusunun hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Fərid Qiyas oğlu Lətifov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə və “Vətən uğrunda” medalı ilə təltif edilib.  

Bizim.Media –nın yerli bürosunun məlumatına görə 5 noyabr 2022-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş bir qrup hərbi qulluqçunun ölümlərindən sonra orden və medallarla təltif edilməsi barədə sərəncam imzalayıb.

Təltif edilənlər arasında bu ilin 13 – 14 sentyabr tarixlərində Ermənistanla sərhəddə düşmən tərəfinin təxribatı nəticəsində şəhid olan Fərid Lətifov də var.   

Qeyd edək ki, 21 yaşlı Fərid Lətifov Vətən müharibəsi iştirakçısı olub. O, Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilib. 

Şəhidimiz  15 sentyabr 2022-ci il tarixdə Şəkidəki şəhidlər xiyabanında dəfn edilib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin