Şəhid oğlundan TƏSİRLİ SÖZLƏR – “Ata, boyum elə uzanıb ki...” – VİDEO  

Hazırda oxunan: Şəhid oğlundan TƏSİRLİ SÖZLƏR – “Ata, boyum elə uzanıb ki...” – VİDEO  

103158

Xaçmazın Fərzəlioba kəndində Vətən Müharibəsi şəhidi, Silahlı Qüvvələrimizin baş çavuşu Kamil Şıxmuradovun anım mərasimində təsirli, duyğulu anlar yaşanıb. Şəhidin 8-ci sinifdə oxuyan oğlu Fəridin dedikləri kənd məzarlığında şəhid Kamilin qəbri önünə yığışanları çox təsirləndirib. 

Atası ilə fəxr etdiyini söyləyən Fərid "Boyum elə uzanıb yəqin çiynindən olaram", deyərək atasına onun böyüdüyünü görməyin qismət olmadığını kövrəkliklə dilə gətirib. 

Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu olmuş Kamil Şıxmuradovun hərbçi dostları,onu tanıyanlar çox vətənpərvər insan olduğundan danışıblar. 

Bildirilib ki, 1997-1999-cu ildə hərbi xidmət keçdikdən bir müddət sonra hərbi qulluğunu davam etdirmək qərarına gəlib və hərbi hissələrin birində mühəndis-istehkamçı ixtisasına yiyələnərək minatəmizləmə əməliyyatlarına qatılıb. 

Aprel döyüşlərindən sonra Vətən Müharibəsində də verilən tapşırıqların öhdəsindən layiqincə gəlib. 

2020-ci il noyabr ayının 6-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində şəhadətə ucalan Kamil Şıxmuradovun şərəfli ömür yolu indi oğlu Fəridə və digər yeniyetmələrə gözəl nümunədir. 

Şəhid Kamilin oğlunu vətənpərvər böyütmək arzusunun yerinə yetdiyi bu gün Fəridin təsirli çıxışında aydın şəkildə göründü. 

Xaçmaz şəhidi Kamil Şıxmuradovun müharibədə göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni və döyüş medalları ilə təltif edilib.  

Ruhu şad olsun! 

Şəhid Kamil Şıxmuradovun oğlunun çıxışını təqdim edirik. 

Qeyd: Video və fotoları Bizim.Media-ya xaçmazlı bloger Osman İmamov təqdim edib. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin