Gəncədə daha iki tibb ocağının baş həkimləri işdən çıxarıldı

Hazırda oxunan: Gəncədə daha iki tibb ocağının baş həkimləri işdən çıxarıldı

103142

Gəncə şəhər Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin və Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimləri tutduğu vəzifədən azad olunublar.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Gülxar Kamran qızı Əsgərova yaş həddi səbəbindən tutduğu vəzifədən azad olunub.

Həmçinin, Gəncə şəhər Birləşmiş Xəstəxanası PHŞ-in Kardioloji Xəstəxanasının baş həkimi Fəxrəddin Namaz oğlu Namazov da yaş həddinə görə vəzifəsindən azad edilib.
Xatırladaq ki, Zülfüqar Məmmədov adına Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Qafar İbrahimov da baş həkim vəzifəsindən azad edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin