“Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.
MÖVZU İLƏ BAĞLI:
''Azad edilən ərazilərə dəyən ziyanın qiymətləndirilməsinə başlanılıb'' - ETSN
Şuşada qiymətləndirmə işlərinə başlanıldı
Bizim.Media Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata istinadən bildirir ki, artıq 3945 daşınmaz əmlak və 504 infrastruktur obyekti olmaqla, 4449 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.
Bununla yanaşı, 54.07 km avtomobil yolunun, 17.2 km elektrik təchizatı xəttinin, 1.86 km su təchizatı xəttinin, 16.12 km suvarma şəbəkəsinin, 39.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin inventarlaşdırılması da başa çatdırılıb.
Ümumilikdə, 8 rayon üzrə 75 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, digər yaşayış məntəqələri üzrə davam etdirilir.
Bizim.Media