Arzu Nağıyev: “Bu haqda düşünmürəm, amma...”x9d;xa0
Ərəstun Oruclu: “Mənim ora qayıtmağım fantastik görünür”x9d
Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılmasından sonra MTN-də “təmizləmə”x9dlər başlayıb. Son 10 gün ərzində xa0hər gün işdən çıxarılanlar haqda məlumatlar yayılır.xa0
Ən son işdən çıxarılanlar keçmiş polis işçiləri - MTN-in İstintaq İdarəsinin rəisi, general-mayor Mövlan Şıxəliyev və MTN əməkdaşı Elşad Mahmudovdur. Artıq çıxarılanların əvəzinə yeni təyinatlar da var.xa0
Sabiq nazir tərəfindən işdən azad olunmuş çekistlər yenidən MTN-ə qaytarılır. Milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən general-leytenant Mədət Quliyev polkovnik İsmayıl Bağırovu MTN Əks-Kəşfiyyat İdarəsinin rəisi təyin edib. General Quliyevin digər əmri ilə isə polkovnik Sahib Nağıyev nazirliyin aparat rəhbəri təyin olunub. Bu təyinatlardan əvvəl isə Ceyhun Şadlinski MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Hazırda MTN-dəki kadr islahatları ilə yanaşı “MTN işi”x9d üzrə istintaq da davam edir.

Maraqlıdır ki, bu gün ictimaiyyət arasında tanınan peşəkar MTN-çilər doğma qurumda baş verənlər haqda nə düşünür? Təklif olarsa, ora qayıda bilərlərmi? xa0xa0
22 il təhlükəsizlik orqanlarında çalışmış Arzu Nağıyev deyir ki, MTN-ə qayıtmaq haqda düşünmür. Bununla belə edilə biləcək təklifi qiymətləndirib adekvat cavab verə biləcəyini də gizlətmir. O, xa0yeni təyinatları müsbət qiymətləndirir: “Bu gün MTN-ə qayıtmaq istəyən peşəkarlar çoxdur. Ora qaytarılanlar da öz işini bilən, xalqın təhlükəsizlik orqanına inamını artıracaq kadrlardır. Prezidentin göstərişidir ki, ora təcrübəli kadrlar qaytarılsın”x9d.xa0
MTN-ə hələ də yeni nazir təyin olunmamasına münasibət bildirən A.Nağıyev deyib ki, təyinat məsələsi prezidentin müstəsna səlahiyyətidir: “Yeni nazirin təyinatı meyarı namizədin peşəkar olmasıdır. MTN-də “daxili mətbəx”x9d başqadır. Nazir olacaq şəxs müasir texnologiyalardan istifadəni bilməlidir. Əsas şərt yeni nazirin əməliyyat təsərrüfatını idarə etməsi qabiliyyətidir. Bu təsərrüfatda əsas mənbələr, onların idarə edilməsinə köklənir. Əsas ağırlıq bu təsərrüfatın üzərindədir. Xüsusi xidmət orqanının əsas məğzi məlumatı almaq, məlumatı işləmək və leqallaşdırıb realizə etməkdir. Məlumatın alındığı mənbə məlumat leqallaşdırılanda məxfi qalmalıdır”x9d.xa0
“Şərq-Qərb”x9d Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq MTN əməkdaşı, polkovnik Ərəstun Oruclu son təyinatları müsbət qiymətləndirir: “Məndə olan məlumata görə, bu gün MTN-ə qaytarılan və qaytarılması nəzərdə tutulan insanlar ləyaqətli, vicdanlı, ölkəmizi sevən, peşəkar insanlardır. Bu adamların MTN-ə qaytarılması artıq Azərbaycanın uduşudur. Azərbaycan dövlətinin, millətinin təhlükəsizliyi üçün müsbət hadisədir. Bu, bir Azərbaycan vətəndaşı kimi məni sevindirir. Ümid edək ki, bu proses davam edəcək”x9d.
Ə.Oruclu MTN-ə dəvət alacağına inanmadığını dedi: “Bu bir qədər fantastik görünür”x9d.
“Oktyabrın 16-da Eldar Mahmudovun nazir postundan çıxarılacağı da fantastik görünə bilərdi”x9d replikasına Ə.Oruclu çox maraqlı bir cavab verib: “Mən bu məsələnin baş verəcəyini az qala tarixinə qədər proqnozlaşdırmışdım. Bunu sizlərin də yaxşı tanıdığı yoldaşlar var ki, onlara da demişdim ki, bu adamları işdən qovacaqlar və onun bütün cinayətkar dəstəsini həbs edəcəklər. MTN-də hazırda baş verənlər mənim üçün gözlənilməz bir şey olmadı”x9d. /musavat.com/


























































































