“Şəhid olsam, oğluma adımı verin” - Taleh Babayevin anım mərasimi - FOTO

Hazırda oxunan: “Şəhid olsam, oğluma adımı verin” - Taleh Babayevin anım mərasimi - FOTO

103094

“Oğlumuzun üzünü Taleh görmədi,son danışığımızda mənə dedi ki...”.

Bu sözləri Qubadan olan Vətən Müharibəsi şəhidi, 34 yaşında Vətən yolunda canını qurban vermiş Taleh Babayevin həyat yoldaşı Ayşən Babayeva Bizim.Media-ya söyləyib.

Onun sözlərinə görə,Vətən savaşına könüllü-səfərbərlik xətti ilə gedən Taleh Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib:

"Taleh oktyabrın 20-də Füzuli döyüşlərində yaralanmışdı. Mənə zəng edib "Həyatdır, hər şey ola bilər. Şəhid olsam, oğluma mənim adımı verin" demişdi”.

Müharibə günlərində Talehin şəhid olmaq arzusu reaallaşıb. O, 2020-ci il noyabr ayının 6-da Şuşada gedən döyüşdə şəhidliyə yüksəlib və ailə Talehin doğum günündə dünyaya gələn 4-cü övladına onun arzusuna rəğmən Taleh adını qoyub.

Bu gün yaşadığı Qubanın Yeni Güləzi kənd qəbristanlığında uyuyan Taleh Babayevin anım mərasimi keçirilib.

Rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər şəhid Talehin məzarını ziyarət edib, qəbri önünə güllər düzüblər.

Hazırda şəhid Taleh Babayevin evində 4 övlad böyüyür. Böyük oğlu Təbrizin 11, Turanın 8, qızı Bənzərin 5 yaşı var.

Atasının adını daşıyan Talehin iki yaşı isə dekabrın 2-də tamam olacaq.

Şəhidlik zirvəsinə yüksələndən sonra Taleh Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 4 döyüş medalı ilə təltif edilib.

Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan şəhid Talehin ailəsini DTX himayəyə götürüb. Bu məlumatı şəhid Taleh Babayevin həyat yoldaşı Ayşən Babayeva verib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin