Etibar Əliyevdən ciddi dəyişikliklər - "Bank Technique"yə yeni sədr təyin edildi

Hazırda oxunan: Etibar Əliyevdən ciddi dəyişikliklər - "Bank Technique"yə yeni sədr təyin edildi

103060
Eldar Cəfərov "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.

Moderator.az xəbər verir ki, bu barədə "APA-Economics"in bankdakı mənbələri xəbər verir.

Məlumata əsasən, E.Cəfərov artıq vəzifəsinin icrasına başlayıb. Bundan öncə E. Cəfərov "Mol Bulak" bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri vəzifəsini tutub. Bununla yanaşı, Samir Baxşəliyev E. Cəfərovun I müavini təyin olunub. S. Baxşəliyev "Nikoil Bank"da filial direktoru kimi çalışıb.

Qeyd edək ki, dünəndən etibarən bankın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev əvvəlki vəzifəsinə qayıdıb. E. Əliyev bildirib ki, Müşahidə Şurasını, İdarə Heyətini yenidən formalaşdıracaq.

Xatırladaq ki, E. Əliyevin banka rəhbərlik etdiyi zamanda S. Baxşəliyev İdarə Heyəti sədrinin müavini olub.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin