Tayvanda aparılan araşdırmalara görə şərab koronavirusla mübarizədə effektivdir.
Bizim.Media "Thedrinksbusiness" saytına istinadən xəbər verir ki, şərabdakı tanin maddələri virusun iki əsas fermentinə qarşı mübarizədə kömək edir.
Bu faktı ölkənin Tibb Universitetinin rektoru, COVİD-19-a qarşı elmi araşdırmaya rəhbərlik edərkən aşkarlayıb.
MÖVZU İLƏ BAĞLI:
Fransada 350 min avro məbləğində şərab oğurlandı
“Araşdırmanın məqsədi ilk olaraq SARS-a təsir göstərə biləcək birləşmələr əldə edib, daha sonra onlari yeni növ koronavirusa qarşı istifadə etmək idi. Nəticədə tanin turşusu aşkar edildi".
"Bu turşu virusa qarşı effektiv təsirə malikdir ”-deyə, universitetin rəsmisi Hunq
bildirib.
Vüqar Ağamalıoğlu, Bizim.Media