Göygöldə 21 yaşlı qadın zəhərlənmədən dünyasını dəyişdi

Hazırda oxunan: Göygöldə 21 yaşlı qadın zəhərlənmədən dünyasını dəyişdi

103049

Göygöldə dərman zəhərlənməsindən ölüm baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Qızılca kənd sakini, 2001-ci il təvəllüdlü İ.Əliyeva zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, 21 yaşlı gənc qadının həyatını xilas etmək mümkün olmayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə aparılıb. 

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin