Həbs edilən məşhur falçı ruhu belə çıxardı - VİDEO

Hazırda oxunan: Həbs edilən məşhur falçı ruhu belə çıxardı - VİDEO

103038
Axar.az-ın məlumatına görə, ilanla fala baxan Tamilla Salamovanın müsahibələri telekanallarda, mətbuatda tez-tez yayımlanıbmış.  
 
O, müsahibələrinin birində deyib ki, babası ilanlarla çox oynayıb: “Yəqin, ondan gəlir... Amma ailəm qorxur ilandan, evdə saxlamağa qoymurlar. And içmişəm ki, evə ilan gətirməyəcəyəm. Mən özüm də ilan cildinə girirəm. Siz həmin vaxtı məni görsəniz, tam başqa cür oluram...  
 
 
İlan cildinə girəndə gözlərimin rəngi dəyişir, müxtəlif rənglərə çevrilir. Həmin anda başağrısı gəlir mənə, elə olur hətta sıxılıram, evdəkiləri görmək istəmirəm, heç kimi tanımıram. Doğma anamı belə görmək istəmirəm. İlan cildinə girəndə ilanın qoxusu çox pis gəlir mənə”x9d.   
 
Qeyd edək ki, paytaxt sakini Təranə Babayevanın etibarından sui istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən T.Salamova tutulub.  
 
 
Ekstrasensin insanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb. T.Salamovanın efirdə ruh çıxarması kadrlarını təqdim edirik: 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin