“Həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin gedişində düşmən beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq hərbi qulluqçulara və dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri, o cümlədən soyqırımı və dövlət terrorizmi aktları törədib”.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin 8 Noyabr − Zəfər Günü ilə əlaqədar qəbul etdiyi bəyanatda qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Qələbə heç kəsin Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməyəcəyinin İSBATIDIR
Bildirilib ki, işğal olunmuş ərazidə erməni vandalları bütün şəhər və kəndlərimizi qarət edərək dağıdıb və yandırıb, milli-mədəni və tarixi irsimizi xüsusi qəddarlıqla məhv ediblər: “İşğal bölgəsində mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması, ibadət yerlərinin təhqir edilməsi xalqımızın məruz qaldığı etnik nifrət və düşmənçilik aktlarının miqyasını göstərən çoxsaylı faktlardan yalnız bəziləridir”.
Bəyanatda həmçinin işğaldan azad edilmiş ərazidə Ermənistanın mina terrorunun hələ də davam etdiyi vurğulanıb: “2020-ci ilin noyabrında hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 260 nəfərdən çox azərbaycanlı minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanıblar”.
Bizim.Media