Vəkilləri sabiq səhiyyə naziri Əli İnsanovun vəfat edən qardaşı Məhəmməd İnsanovun yas mərasimində iştirak etməsi üçün 13 saylı cəzaçəkmə müəssisəsinə müraciət etmişdi. Lakin onun hüquqlarını müdafiə edən vəkil sabiq nazirə icazə verilmədiyini açıqlamışdı
Əli İnsanovun vəkili Toğrul Babayev Pentensiar Xidmətin “Əli İnsanov qardaşının yas mərasimində iştirak etməkdən özü imtina edib”x9d açıqlamasına münasibət bildirib.
O, modern.az saytına deyib ki, oktyabrın 27-də səhər saatlarında 13 saylı cəzaçəkmə müəssisəsindən saxlanma rejiminin Əli İnsanovun evə buraxılmasına imkan vermədiyini bildiriblər:
“Günorta 14 radələrində bizi təcili çağırıb bildirdilər ki, Əli İnsanovun yasda iştirak etməsi üçün 2-3 saatlığa buraxılmasına dair sərəncam verilib.
Əli müəllim 2-3 saatlıq görüşə razı olmadı. Çünki yolun uzunluğu elə 1 saat yarımdan çox çəkəcəkdi. Yas mərasimi “Nəsimi bazarı”x9dnın yanında keçirilirdi. Getmək və qayıtmaq məsafəsini düşünəndə Əli İnsanovun faktiki olaraq yasda iştirakı üçün 10-15 dəqiqə vaxt qalırdı.



































































































